son dəqiqə SON DƏQİQƏ
Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ● "Sayılmayan qolumuzda ofsayd yox idi" ● Qaşim Maqomedov gümüş medal ● Super Liqa: "Azərreyl" və "Murov Az Terminal" ilk turda qələbə qazanıb ● "Zirə"nin legioner futbolçusu ölkə çempionatları tarixinə düşüb ● "Qəbələ" "Araz-Naxçıvan"ı, "Zirə" isə evdə "Sumqayıt"ı məğlub etdi ● Bakı şəhər birinciliyinin baş tutacağı tarix açıqlanıb: ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ● "Zirə" - "Sumqayıt": ● Avropa Çempionatı: Azərbaycanın U-20 millisi Polşa seçməsinə uduzub ● Cüdo üzrə kəmər imtahanı keçirilib ● Arsen Venger Hövsanda ● "Yamala meydanda rahatlıq verməyəcəyəm" ● "Araz-Naxçıvan" - "Qəbələ": ● Meydandan qovulan II Liqa klubunun futbolçusunun ● Qırmızı vərəqə alan klub rəsmisinin cəzalandırıldı: ● Hakimi təhqir edən bölgə klubunun rəhbərinin cəzası açıqlandı ● Quba rayon Olimpiya Kompleksinin direktoru həbs edildi: ● "Şəfa" - "Kəpəz" matçı kinoteatrda: ● Günün oyunları: ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ●

Qurban Qurbanov: “Onların çox istəkli və peşəkar olduğunu görürəm”

Bölmə adı Qarabağ
Yayımlandı 11-10-2026, 19:49

Misli Premyer Liqasının VII turunda "Qarabağ" "İmişli"ni məğlub edib - 2:0.

Sport1.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Onlar çox əziyyət çəkdilər, çox intizamlı oyun qurmağa çalışdılar. Qarşımızda çox yaxşı, kompakt müdafiə olunan komanda var idi. Səbirli olmaq lazım gəlirdi. Bunu da bacardılar. Futbolçularımı təbrik etdim. Azarkeşlərimi də təbrik etmək istəyirəm. 1000-ci çempionat oyununda iştirak etdilər. Elə azarkeş var ki, bəlkə də 1000 oyunumuzun hamısında da iştirak ediblər. Xeyli azarkeş gəlmişdi. Bu görüşdə qalib gələrək, onların əziyyətini dəyərləndirdik. Çalışacağıq ki, qarşıdakı matçlara daha ciddi hazırlaşaq. Fərid Namazova və komandasına uğurlar arzulayıram".

- Milli fasilədən sonra komandaya yeni qoşulan və zədədən qayıdan futbolçuların bərpa və adaptasiya prosesi necə gedir?

- Hələ ki tam keçməyiblər. İstər-istəməz çatışmazlıqlar var. Çünki 20 günə yaxın bir müddətdə futbolçularımızın böyük bir qismi komandadan ayrı düşmüşdü, zədəli oyunçularımız var idi. Lakin çox istəkli və məsuliyyətli şəkildə hazırlaşırlar. Yaxşı idman formasını bərpa etmək zamana ehtiyac var. Amma hamısından razıyam. Onların çox istəkli və peşəkar olduğunu görürəm.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR