"Sumqayıt"ın məşqçi heyəti qanvermə aksiyasında iştirak edib.
Sport1.az xəbər verir ki, aksiyada klubun akademiyasının direktoru Adil Şükürov da yer alıb.
Bu addımın atılmasında əsas məqsəd talassemiyadan əziyyət çəkən və davamlı olaraq qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək olmaqdır.