"Gəncəbasar"ın "Kəpəz"lə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib.
Sport1.az xəbər verir ki, qarşılaşma 17:00-da deyil, 16:30-da start götürəcək.
Mövsümə uyğun olaraq günün işıqlı vaxtının qısalması və meydançanın texniki imkanları nəzərə alınaraq, oyunun başlama saatı daha erkən vaxta təyin edilib.