son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Vernidub: “Qəbələdə oynamaq hər zaman çətindir”

Bölmə adı Neftçi
Yayımlandı 18-09-2026, 20:22

Misli Premyer Liqasının VI turunda səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edən “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, ukraynalı mütəxəssis növbəti turdakı rəqib “Sabah”ın avrokubok matçı səbəbindən oyunun təxirə salınma ehtimalına münasibət bildirdi:

“Hələlik bu barədə düşünmürəm. “Qəbələ” ilə oyundan sonra futbolçulara özlərini bərpa etmələri üçün 5 günlük istirahət veririk. 6 oyunçumuz müxtəlif milli komandalara dəvət alıb. Sentyabrın 24-də öz bazamızda toplanıb “Sabah”la matçın hazırlıqlarına başlayacağıq. Nəzərə alsaq ki, “Sabah” son çempiondur və hazırda çox yaxşı formadadır, bu qarşılaşmaya ciddi yanaşırıq. Oktyabrın 2-də “Araz-Naxçıvan”la yoldaşlıq görüşümüz nəzərdə tutulub, daha sonra isə “Sabah”la oyuna köklənəcəyik. Çünki bu matçdan sonra bizi “Qarabağ” və “Turan Tovuz”la ağır sınaqlar gözləyir. Rəqibin təxirəsalma istəyinə gəlincə, müraciət etsələr, biz belə məsələlərə hər zaman loyal yanaşırıq. Vaxtilə “Qarabağ” müraciət edəndə də oyun təxirə salınmışdı. İstəyirik ki, Azərbaycan klubları avrokuboklarda uğur qazanaraq ölkənin reytinq xallarını artırsınlar. Düzdür, oyunun təxirə salınması təqvim baxımından sıxlıq yarada bilər, çünki matçlarımız adətən cümə günləri olur və növbəti tura hazırlaşmaq üçün vaxt lazımdır”.

– İlk hissədə komandanın istənilən oyunu göstərə bilməməsinə Qəbələdəki dəniz səviyyəsindən yüksəklik və havanın təsiri ola bilərmi? İkinci yarıda Emin Mahmudovu əvəzləməyiniz fiziki yorğunluqla bağlı idi, yoxsa taktiki addım idi?

– Əvəzetmə Eminin fiziki forması ilə bağlı deyildi. Qəbələdə oynamaq hər zaman çətindir. Keçən mövsüm də bu iqlimə və havaya uyğunlaşmaq üçün müəyyən vaxt lazım gəlmişdi. Futbolçularımız ilk hissədə məhz bu adaptasiyaya sərf etdilər. İkinci yarıda isə tam fərqli və istədiyimiz oyunu nümayiş etdirə bildik.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR