Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat milliləri Özbəkistanda keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərinə çıxacaqlar.
Sport1.az xəbər verir ki, kişilər üçüncü turda İsveçrə yığması ilə qarşılaşacaq.
Qadınlardan ibarət yığmamız İsveç seçməsi ilə üz-üzə gələcək.
Azərbaycanın kişilərdən ibarət millisi əvvəlki turlarda Mərakeşi 4:0, Filippini isə 3:1 hesabı ilə məğlub edib.
Qadınlardan ibarət komandamız Qvatemala və Danimarka üzərində hərəyə 4:0 hesablı qələbə qazanıb.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.