Rusiya 1-ci Liqasında 11-ci turun oyunları keçirilir.
Sport1.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi "Soçi" "Veles Moskva" ilə qarşılaşıb.
Görüş həmyerlimizin komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.
Ramil oyuna əsas heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
Xallarının sayını 22-ə çatdıran "Soçi" turnir cədvəlində ikinci pilləyə yüksəlib.