SON DƏQİQƏ
“Turan Tovuz”un hücumçusu Murad Dadaşev icarə əsasında I Liqada çıxış edəcək.
Sport1.az xəbər verir ki, 22 yaşlı futbolçu mövsümün sonunadək “Şimal”ın şərəfini qoruyacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xaçmaz Futbol Məktəbi və “Sabah”ın yetirməsi olan Dadaşev karyerası ərzində “Sabah”, “Qaradağ Lökbatan”, “Mingəçevir” və “Turan Tovuz” komandalarının formasını geyinib.
Murad Dadaşev “Şimal”da 17 nömrəli forma ilə çıxış edəcək.