Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə sentyabrın 21-dən 25-nə qədər I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək.
Sport1.az xəbər verir ki, seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır.
Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.
Bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir.
Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını inkişaf etdirmək və qiymətləndirməkdir.