son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Yeni yaradılmış Azərbaycan klubu azarkeşlərlə görüşüb

Bölmə adı I Liqa
Yayımlandı 8-09-2026, 20:18

"Gəncəbasar" klubunun Gəncədə fəaliyyət göstərən fanklublarla görüş keçirilib.

Sport1.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə klubun baş menecer Cabir İbrahimov, baş məşqçi Elhad Nəziri, kapitan Süleymanov Əhmədov, futbolçular – Samir Məhərrəmli, Tuqay Əlizadə və Antoni Hunpe təmsil edib.

Azarkeşləri salamlayan baş məşqçi Elhad Nəziri qısa müddətdə yığılan komandanın hədəflərindən danışıb. Heyətin gənc, perspektivli futbolçulardan komplekləşdirildiyini əlavə edib. Komandada Gəncə futbol məktəbinin yetirmələrinin yer almasını önə çəkib. Mütəxəssis deyib ki, uşaq futbol akademiyası yaratmaq, təmsil etdiyimiz bölgədə futbolun inkişafına töhfə vermək prioritetlər arasındadır. Elhad Nəziri bu yolda azarkeş dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb.

Baş menecer Cabir İbrahimov klubumuzun gələcək planlarından, həyata keçirilən və nəzərdə tutulan layihələrdən söhbət açıb. “Gəncəbasar”ın məqsədinin uzunmüddətli, dayanqlı, sabit klub formalaşdırmaq olduğunu bildirib. "Eyni zamanda qarşıda duran əsas hədəflərdən biri də futbolsevərlərin rəğbətini qazanmaq, uğurlu klub-azarkeş münasibətləri qurmaq, sadiq azarkeş kütləsi ilə mənəvi dəstək qrupu yaratmaqdır" - deyə İbrahimov qeyd edib.

Komandanın kapitanı Süleyman Əhmədov azarkeşlərə çağırış edərək onları “Xankəndi” ilə oyuna dəvət edib. Mövsümboyu veriləcək dəstəyin “Gəncəbasar”ın uğur qazanmasına kömək edəcəyini söyləyib. Müzakirə formasında keçən görüşün davamında fanklub üzvlərinin çoxsaylı sualları cavablandırılıb, azarkeşlərin təklifləri dinlənilib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR