Sərbəst güləş üzrə millimiz bu gün Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında ümumi və xüsusi hazırlıq üzrə toplanışa start verib.
Sport1.az xəbər verir ki, hazırlıq prosesi sentyabrın 19-dək davam edəcək.
Toplanışda məşqçilər Taymuraz Kokoyev və Arif Abdullayevin rəhbərliyi altında Muhəmməd İsmayılov, Hüseyn Rzazadə, İbrahim Həsənov (hamısı 57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev, Hüseyn Hüseynov, Ayxan Abdullazadə (hamısı 65 kq), Ramik Heybətov, Hacı Kərimov (hər ikisi 70 kq), Ağanəzər Novruzov, Nihad Abbasov (hər ikisi 74 kq), Elcan İsmayılzadə, Elxan Qarayev (hər ikisi 79 kq), Səbuhi Əmiraslanov (86 kq), Təbriz Bayramov, Anar Cəfərli (hər ikisi 92 kq), Səid Paşayev, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov, Muxamad Qantemirov və Yusif Dursunov (hamısı 125 kq) iştirak edir.
Hazırlıq oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək U-23 Dünya Çempionatına hazırlıq xarakteri daşıyır.