Millimiz Türkiyədə toplanış keçəcək

Bölmə adı Digər
Yayımlandı 30-04-2025, 16:06

Atletika üzrə Azərbaycan millisinin hazırlıq planı bəlli olub.

Sport1.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yığmamız Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə aprelin 26-da start veriləcək.

Qeyd edək ki, toplanış mayın 9-da başa çatacaq.

Müəllif: Sport1.az