Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa Çempionatında Azərbaycan millisi uğurla çıxış edib.
Sport1.az xəbər verir ki, fərdi yarışların son günündə yığmamız 1 qızıl və 2 bürünc medal qazanıb.
Süleyman Şükürov (-90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, idmançımızın karyerasında gənclər arasında ikinci Avropa çempionluğu olub.
Davud Namazlı (-100 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, ilk yarış günündə Ayxan Mirzəzadə (-60 kq) və Məhəmməd Musayev (-66 kq) Avropa çempionu adını qazanmışdılar.
Yığmamız gənclər arasında Avropa Çempionatını 3 qızıl və 2 bürünc medalla başa vurub.
Azərbaycan 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanların mübarizəsində isə birinci yeri tutub.