Neymarı geridə qoydu

Bölmə adı Futbol
Yayımlandı 30-04-2025, 14:29

Braziliya millisinin sabiq futbolçusu Halk qol sayına görə "Santos"un hücumçusu Neymarı ötüb.

Sport1.az xəbər verir ki, 38 yaşlı forvard "Atletiko Mineyro"un heyətində Braziliya Kubokunun “Malinqa” ilə keçirilmiş 1/16 final matçında karyerasının 443-cü qoluna imza atıb.

Bununla da Halk vaxtilə yığmada birlikdə çıxış etdiyi Neymarı (442 qol) geridə qoyaraq, dünyada karyerasını davam etdirən bombardirlər siyahısında 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, siyahıya 934 qolla Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu başçılıq edir.

Müəllif: Sport1.az