son dəqiqə SON DƏQİQƏ
Azərbaycan - Tacikistan: Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır "Turan Tovuz" - "Fənərbağça": Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir

Zidanı geridə qoydu

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 30-04-2025, 16:32

PSJ klubunun hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran fransalı futbolçuların siyahısında 4-cü pilləyə yüksəlib.

Sport1.az xəbər verir ki, 28 yaşlı forvard buna Çempionlar Liqasının yarımfinal mərhələsinin İngiltərədə "Arsenal"a (0:1) qarşı keçirilmiş ilk oyununda fərqlənməklə nail olub.

Matçın 4-cü dəqiqəsində rəqib qapısına yol tapan futbolçu ÇL-in pley-off raundunda vurduğu qolların sayını 9-a çatdırıb. Dembele bu göstərici ilə əfsanəvi futbolçu Zinəddin Zidan və hazırda İspaniyanın Madrid "Atletiko"sunda çıxış edən Antuan Qrizmannı (hər ikisi 8 qol) geridə qoyub.

Qeyd edək ki, bombardirlər siyahısına 34 qolla Kərim Benzema başçılıq edir. Kilian Mbappe (24 qol) ikinci, Tyerri Anri (12 qol) isə üçüncü pillədə qərarlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR