Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən boks üzrə U-19 Avropa Çempionatında yarımfinala vəsiqə qazanıb.
Sport1.az xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçi (Polşa) üstələyib.
Nəsirli rəqibini 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib.
O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.
Boksçu avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.
Bu gün Azərbaycanın daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.