son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Daha 2 boksçumuz Avropa Çempionatında 1/4 finala yüksəlib

Bölmə adı Döyüş
Yayımlandı 16-08-2026, 11:34

Serbiyanın Loznitsa şəhərində boks üzrə U-19 Avropa Çempionatı davam edir. 

Sport1.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb.

Əli Əliyev (50 kq) ikinci döyüşündə Adrian Zameçiklə (Slovakiya) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, avqustun 18-də 1/4 finalda Kristian Jubani (İrlandiya) ilə qarşılaşacaq.

Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatında ilk döyüşündə Angeliki Petroula Sduqa (Yunanıstan) ilə gücünü yoxlayıb. Boksçumuz üçüncü raunda tam üstünlüklə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda ilk mərhələdən azad olan Katarjina Qornisieviçlə (Polşa) gücünü yoxlayacaq. Görüş avqustun 17-də olacaq.

Qeyd edək ki, daha öncə Gülər Hüseynova (51 kq) adını 1/4 finala yazdırıb.  

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR