SON DƏQİQƏ
Türkiyənin “Beşiktaş” klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı hücumçu Duşan Vlahoviçin transferi ilə bağlı danışıqlara başlandığını rəsmən açıqlayıb.
“Qara qartallar” bu barədə Kamuyu Aydınlatma Platformuna (KAP) məlumat verib.
Klubun açıqlamasında Vlahoviçlə transfer danışıqlarına başlanıldığı bildirilib.
26 yaşlı hücumçu son olaraq İtaliyanın “Yuventus” klubunda çıxış edib. Onun Turin təmsilçisi ilə müqaviləsi başa çatdığından hazırda azad agent statusundadır.