son dəqiqə SON DƏQİQƏ
Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ●

Macarıstan millisinin üzvü “Neftçi”də

Bölmə adı Neftçi
Yayımlandı 11-08-2026, 20:22

"Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sport1.az xəbər verir ki, Bakı təmsilçisi Macarıstanın ZTE klubunda çıxış edən Alen Şkribeki transfer edib.

25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Şkribek karyerası ərzində yalnız Macarıstan klublarında çıxış edib. Onun son komandası ZTE olub. Futbolçu 2026/2027 mövsümündə ölkə çempionatının ilk üç turunda komandasının heyətində meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.

O, ötən mövsüm ZTE-nin heyətində 37 oyunda 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Universal futbolçu olan Şkribek yarımmüdafiənin mərkəzində və "10 nömrə" mövqeyində çıxış edə bilir. Hər iki ayağından istifadə edən oyunçu sağ və sol cinah yarımmüdafiəçisi kimi də oynayır.

Macarıstanlı futbolçu 2023/2024 mövsümündə "Pakş"ın heyətində ölkə kubokunun qalibi olub.

Şkribek 2021-2022-ci illərdə Macarıstanın U-21 millisində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR