son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Bakı klubunun amerikalısının istedadını atası ortaya çıxardıb - MÜSAHİBƏ

Bölmə adı NBA
Yayımlandı 6-03-2025, 15:07

NTD-nin basketbolçusu Tayri Boykin klubun mətbuat xidmətinə müsahibə verib.

Sport1.az xəbər verir ki, amerikalı legioner Azərbaycan Basketbol Liqasının XVI turunda qarşılaşdıqları “Abşeron”la matçı şərh edib. O, həmçinin komandasının pley-off şanslarını dəyərləndirib.

- Hesabat turunda "Abşeron" üzərində qələbə qazandız. Bu oyunu necə şərh edərdiz?
- "Abşeron"la yaxşı oyun keçirdik. Komanda oyunumuzu nümayiş etdirdik və oyunun gedişatını nəzarət altında saxladıq. Rəqib oyunda üstünlük qazanmağa başladıqda, biz buna yaxşı cavab verdik. Hesab edirəm ki, doğru istiqamətdə daha bir addım atdıq.

- Oyunda 8 dəqiq 3 xallıq atış etdiniz. Ümumiyyətlə, sizdə “3-lük” çox yaxşı alınır. Həmişə belə olub?
- Ömrüm boyu atış üzərində çalışmışam. Atam məni uşaqlıqdan məşq etdirirdi. O, mənə zəhmətkeşlik, oyunun əsaslarını və intizamı aşılayıb, xüsusilə də atışla bağlı. Bu səviyyədə basketbol oynayarkən, Tanrının sizə verdiyi istedadı maksimum istifadə etmək, ağır işləmək və özünüzün ən yaxşı versiyası olmaq lazımdır. Kiminsə daha çox istedadı var, kiminsə daha az. Amma hər kəs öz üzərində çalışmalıdır.

- Növbəti rəqib çempionatın liderlərindən biri olan "Naxçıvan"dır. Hazırlıq necə gedir?
- Anlayırıq ki, "Naxçıvan" liqanın ən güclü klublarından biridir. Amma başa düşürük ki, sahib olduğumuz istedadla hər kəslə rəqabət apara bilərik. Hər zaman olduğu kimi, özümüzə fokuslanmışıq. Yeganə gözləntimiz meydana çıxıb yüksək səviyyədə rəqabət aparmaqdır. Məşqçilərimizin oyun taktikasına güvənirik və meydanda bir-birimizə də etibar edirik.

- Komandanın pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, əla bir imkanımız var. İlin əvvəlində komanda mühüm dərəcədə gücləndi. Bir-birimizlə oynamağı öyrənməyə davam edərkən matçları qazanırıq. Çox təhlükəli bir komandaya çevrilirik. Ən yaxşı basketbolumuz hələ qabaqdadır və bunu pley-offda nümayiş etdirməkdən yaxşı nə ola bilər?

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR