son dəqiqə SON DƏQİQƏ
Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək

"Kəpəz"in futbolçusu: "Xal ehtiyatını artırmalıyıq"

Bölmə adı Premyer Liqa
Yayımlandı 26-04-2025, 16:42

“Son oyunda soyuqanlılıq, zərbələrdə dəqiqlik çatmadı”.

Sport1.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Əli Səmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasında XXXII turda “Şamaxı” ilə matç haqqında fikirlərini bölüşüb.

O bildirib ki, ələ düşən fürsətlərdən istifadə edilsəydi, hesab başqa cür olardı:

“Qol vurmaq üçün bizim epizodlarımız daha çox oldu. Amma yararlana bilmədik. Şamaxıdakı görüş bizim üçün olduqca vacib idi. Bu, turnir cədvəlində 7-ci yer uğrunda mübarizədə əhəmiyyət daşıyırdı. Qalib gəlsəydik, irəliləyəcəkdik. Ona görə ciddi hazırlaşmışdıq. Məncə, pis oynamadıq, baxmayaraq ki, uduzduq. Komanda olaraq mübarizəmiz yaxşı alındı, sadəcə, qol vəziyyətlərini boşa verdik”.

Səmədovun sözlərinə görə, “Səbail” ilə arada olan 8 xallıq fərq onlarda arxayınlıq yaratmır:

“Çempionatın finişinə 5 tur qalmış 8 xallıq fərq az deyil. Açıq danışmaq lazımdır. Amma bu, bizə rahatlıq vermir. Futboldur, hər şey ola bilər. Qarşıdakı oyunlarda əlimizdən gələnin ən yaxşısını edib xal ehtiyatını artırmalıyıq. Ciddiyətimizi qorumalıyıq. Mümkünsüz heç nə yoxdur. Daha yuxarı yerlərə qalxa bilərik”.

Qeyd edək ki, bu gün Misli Premyer Liqasında XXXII turu çərçivəsində “Kəpəz” “Zirə”ni qəbul edəcək. Matçın start fiti saat 19:00-da səslənəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR