Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Tokio mərhələsinin ilk oyun gününün görüşlərinə yekun vurulub.
Sport1.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" klubu sonuncu qrup oyununda Niderland U-25 komandası ilə qarşılaşıb
Komandamız rəqibinə 20:18 hesabı ilə qalib gəlib.
Qrupda hər iki rəqibini məğlub edən "Neftçi", qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb və Çinin "Pekin" klubuna rəqib olub.
Təmsilçimizin 1/4 final oyunu Bakı vaxtı ilə səhər saat 7:00-da baş tutacaq.