ABL-də yarımfinal mərhələsi başlayır

Bölmə adı ABL
Yayımlandı 26-04-2025, 11:11

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Sport1.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Sabah” klubu “Şəki” ilə üz-üzə gələcək. Görüş Bakı İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR