son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Cavid Hüseynov: “Çatışmazlıqları görürük və onları düzəltməyə çalışacağıq”

Bölmə adı Araz-Naxçıvan
Yayımlandı 31-07-2026, 23:56

“Şəfa” ilə keçirilən yoxlama oyunundan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov komandasının hazırlıq prosesi barədə danışıb.

Sport1.az xəbər verir ki, mütəxəssis qarşılaşma zamanı əsas məqsədin çatışmazlıqları müəyyənləşdirmək olduğunu bildirib:

“İmişli” ilə oyunda etdiyimiz səhvlər üzərində işlədik, onları düzəltmək istiqamətində məşqlər etdik. Ancaq yenə işləməliyik, çünki qısa vaxtda bunları aradan qaldırmaq mümkün deyil. Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdır. Ona görə əsas heyət 60 dəqiqə meydanda oldu, daha sonra digər futbolçulara şans verdik.

Ümumilikdə yoxlama oyunları komandada olan çatışmazlıqları görmək və təsbit etmək üçündür ki, məşq prosesində də onları düzəldək. Hazırlığımız davam edir. Hansı sahələrdə axsadığımızı bilirik və onları aradan qaldırmağa çalışacağıq”.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR