"Kəpəz"in "Əl-Xaraitiyat" klubu ilə keçirəcəyi yoxlama oyunu ləğv edildi.
Sport1.az xəbər verir ki, matç Qətər təmsilçisinin istəyinə əsasən keçirilməyəcək.
Öncədən görüşün avqustun 1-i, saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacağı planlaşdırılırdı.