son dəqiqə SON DƏQİQƏ
Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gəliblər ● İdmançımız Batumidə 11-ci oldu ●

"Sabah"dan "Bazel"ə keçən Maluda: "Sizin heç birinizi unutmayacağam"

Bölmə adı Sabah
Yayımlandı 31-07-2026, 16:41

"Birlikdə keçirdiyimiz mərhələni yekunlaşdırmağın vaxtı gəldi. Ailəm və öz adımdan ilk gündən göstərdiyiniz səmimi münasibətə və etimada görə kluba dərin təşəkkürümü bildirirəm".

Sport1.az xəbər verir ki, bu sözləri "Sabah"dan "Bazel"lə keçən Aaron Maluda sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

20 yaşlı futbolçu vida mətnində klubun Premyer Liqada qazandığı ilk çempionluqdan da söz açıb:

"Başqalarının üzümə bağladığı qapıları açdığınız üçün sizə minnətdaram. Komanda yoldaşlarıma təşəkkür edirəm.

Mən burada təkcə komanda yoldaşları deyil, həm də qardaşlar qazandım. Bizi qazandığımız kuboklar, məşqçilər heyəti, tibb pesonalı və klubun bütün əməkdaşları ilə qurduğumuz bağlar əbədi olaraq birləşdirəcək. Hər biriniz mənim üçün xüsusi idiniz və heç birinizi unutmayacağam.

"Sabah"da keçirdiyim ilk mövsümdə mənə tam etibar edildi və birlikdə bütün hədəflərimizə çatdıq. Klubun ilk çempionluğunun və kubok da daxil olmaqla ilk dublunun bir hissəsi olmaq mənim üçün böyük qürur və həyəcan idi.

Bundan sonra klubun ən böyük azarkeşlərindən biri olacağam və layiq olduğu uğurları qazanacağına ümid edirəm. Təşəkkür edirəm!"

Xatırladaq ki, "bayquşlar" bu keçiddən 3 milyon avro qazanc əldə edib.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR