Ankarada təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama matçına çıxacaq.
Sport1.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda "Iğdır"la üz-üzə gələcək.
Bu duel Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Xatırladaq ki, kollektiv buna qədər keçirilən yoxlama oyunlarında İranın U-21 yığması və "Fatih Karagümrük"lə heç-heçə edib - 1:1.