son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"İnsanlar necə böyük komandanı mübarizədən kənarlaşdırdığımızı anlayır?" - ÇSKA-nın baş məşqçisi

Bölmə adı Qarabağ
Yayımlandı 31-07-2026, 12:58

"Bilmirəm, insanlar necə böyük komandanı mübarizədən kənarlaşdırdığımızı anlayır? Qarşı tərəfdə 17 illik təcrübəyə malik baş məşqçi və ötən mövsüm “Benfika”ya qalib gəlmiş, “Çelsi” ilə heç-heçə etmiş komanda var idi".

Sport1.az xəbər verir ki, bunu ÇSKA-nın (Sofia) baş məşqçisi Xristo Yanev deyib.

O, UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmaları haqda danışıb:

"Bizə azarkeşlərin dəstəyi lazımdır və onlara təşəkkür edirəm. Burada söhbət motivasiyadan yox, komandanın taktiki savadından gedir. Məşqçi heyətimi təbrik edirəm.

Rəqibi təhlil etmək və ona qarşı düzgün mübarizə aparmaq üçün çox çalışdıq. Göstərmək istəyirdik ki, gördüyümüz iş o qədər də pis deyil. Mənə qalan yeganə şey inamdır.

Bəzən onu itirir və bu vəziyyətin öhdəsindən gəlib-gəlməyəcəyimiz barədə tərəddüd edirəm. Amma ümidsiz deyiləm. Nəyə qadir olduğumu bilirəm".

Hər iki oyunda və əlavə vaxtda 0:0 hesabı qeydə alınıb.

Bolqarlar mərhələni penaltilər seriyasında daha dəqiq oynayaraq keçiblər (5:4).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR