son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Hakim oyunun əvvəlindən lazım oldu-olmadı fitini səsləndirirdi"

Bölmə adı Zirə
Yayımlandı 31-07-2026, 11:59

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sumqayıtda "Payde"ni qəbul etdi (1:1).

Sport1.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən, təmsilçimiz avrokuboklarla vidalaşdı.

Həmin qarşılaşmadan sonra "qartallar"ın hücumçusu Eren Aydın jurnalistlərin suallarını cavablandırdı:

Oyunla bağlı nə deyə bilərsiniz?

- Futbolun bu tərəfi çox pisdir. Saysız qol epizodları yaratdıq. Xeyli şansı boşa verdik. İki topumuz da dirəkdən qayıtdı. Top qapıdan keçmək istəmirdi. Səfərdəki oyunda da bu cür halla üzləşmişdik. Çox yaxşı futbol sərgiləsək də, qismətimiz bu imiş. Artıq edə biləcəyimiz bir şey yoxdur. Bundan sonra ölkə çempionatına köklənməliyik.

Avrokuboklarda “Turan Tovuz” iştirak etməli idi, sonradan onları siz əvəzlədiniz. Demək olar ki, “Zirə” buna hazır deyildi?

- Bir qədər hazırlıqsız olduq demək olar. Lakin yaxşı təlim-məşq toplanışı keçmişdik. Ötən mövsümlə müqayisədə çox yaxşı futbol sərgilədiyimizi düşünürəm. Rəqibin iki zərbəsi var idi və biri qol oldu. Mübarizəni dayandırmağa layiq deyildik. Buna əminəm. İstənilən halda, rəqibi təbrik edirəm. Güclərinə uyğun mübarizə apardılar.

Əvəzlənməyiniz nə ilə əlaqədar idi? Özünüz istədiniz, yoxsa...?

- Futboldur bu. Bir qədər ola bilər yorğun idim. Əvəzlənməyim baş məşqçinin qərarı idi və buna hörmətlə yanaşıram.

Oyunun sonunda top rəqibin əlinə dəysə də, penalti təyin olunmadı. Ümumilikdə hakim idarəçiliyini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, hakim oyunun əvvəlindən lazım oldu-olmadı fitini səsləndirirdi. Rəqibə toxunan kimi referi fit verirdi. Son epizodda da top dirəyə dəydiyi üçün hakim əllə oyunu görmədi. Halbuki biz hamımız ehtiyat oyunçular skamyasından topun rəqib futbolçunun əlinə dəydiyini gördük. VAR olmadığı üçün penalti təyin edilmədi. Hakimin qərarına hörmətlə yanaşmaq lazımdır.

Sizin dirəyə dəyən topunuz qapıdan keçsəydi, hər şey fərqli ola bilərdi?

- Mən həmin epizodda qol olduğunu zənn etdim. Sevinməyə hazırlaşırdım. Lakin sən demə, top qapıdan keçməyib. Təbii ki, qol olsaydı, 2:0 önə keçəcəkdik. Bu da böyük üstünlük demək idi. Ondan başqa da 2-3 real qol epizodumuz oldu. Təəssüf ki, dəyərləndirə bilmədik.

Ölkə çempionatının startına təxminən iki həftə qalıb. Avrokuboklarla erkən vidalaşmağınız komandada psixoloji gərginlik yaratmayacaq?

- Təbii ki, hamımız çox məyusuq. Çünki rəqibi keçəcəyimizə inanırdıq. Bəxtimizə bizdən heç də güclü olmayan rəqib düşmüşdü. Artıq irəli baxmalıyıq. İki həftə vaxtımız var. Bu müddətdə yaxşı çalışmalı və çempionata köklənməliyik. Hədəfimiz çempionatda ilk üçlüyə düşmək olmalıdır. Hamı bunun üçün əlindən gələni etməlidir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR