son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Messinin barmaq silkələdiyi hakim Azərbaycan klubunun oyununa təyinat aldı

Bölmə adı Sabah
Yayımlandı 30-07-2026, 15:37

UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Sabah"ın III təsnifat mərhələsində "Orhus"la matçının hakim təyinatı açıqlandı.

Sport1.az xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Juan Pineyru qarşılaşmada baş hakim vəzifəsini icra edəcək.

Ona Lusiano Maria və Hüqo Markes kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Fabio Verissimo yerinə yetirəcək.

VAR-da Tyaqu Martins, AVAR-da Andre Narkiso əyləşəcək.

Qarşılaşmada əsas söz sahibi olacaq referi DÇ-2026-nın 1/8 final mərhələsinin Argentina - İsveçrə matçını da idarə etmişdi.

Həmin oyunda Lionel Messi ilə Juan Pineyru arasında kiçik mübahisə də yaşanmışdı.

O, hakimə sərt bir şəkildə "Mənimlə hörmətlə danış!" deyə iradını bildirmişdi.

Xatırladaq ki, "Sabah" - "Orhus" dueli avqustun 11-də Masazırda keçiriləcək.

Komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR