son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Qarabağ"ın prezidenti Tahir Gözəl: "Komandanı yeniləmək zəruri idi"

Bölmə adı Qarabağ
Yayımlandı 30-07-2026, 15:16

"Ötən mövsüm bizim üçün həqiqətən də xüsusi bir il idi. Həmin uğuru yenidən təkrarlamaq istəyirik. Hazırda komandamızda yaxşı futbolçular var".

Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl söylədi.

O, yay "transfer pəncərəsi"ndə komandada dəyişikliklərin olduğunu diqqətə çatdırdı:

"Bir neçə futbolçu ilə yollarımızı ayırmışıq. Onların əvəzinə yeni futbolçular cəlb etmişik. Düşünürəm ki, keyfiyyət baxımından keçən ildən daha güclüyük. Amma əsas çətinliyimiz odur ki, yeni futbolçuların oyun sisteminə uyğunlaşması üçün kifayət qədər vaxtımız olmayıb. Bu riskli olsa da, böyük nəticələr vəd edən strategiyadır".

Klub rəhbəri heyətdə baş tutan yenilənmənin zəruri olduğunu bildirdi:

"Komandanı yeniləmək zəruri idi və biz qarşıdakı mövsümü səbirsizliklə gözləyirik. Hər mövsüm fərqlidir və yeni çağırışlar gətirir. Ötən mövsüm əldə etdiyimiz nəticə bu il də eyni uğurun olacağı anlamına gəlmir. Ancaq məqsədimiz yenə də maksimum nəticə əldə etməkdir və bunun üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, Ağdam təmsilçisi bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda ÇSKA-nın (Sofiya) qonağı olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR