son dəqiqə SON DƏQİQƏ
Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gəliblər ● İdmançımız Batumidə 11-ci oldu ●

“Qarabağ” Konfrans Liqasında - YENİLƏNİB

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı 31-07-2026, 00:47

“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Sport1.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə Bolqarıstan təmsilçisi ÇSKA ilə üz-üzə gəlib.

Sofiyada keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Bu seriyada daha dəqiq oynayan ÇSKA 5:4 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Beləliklə, “Qarabağ” UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Komanda burada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri isə 13-də keçiriləcək.


UEFA Avropa Liqası. II təsnifat mərhələsi (cavab oyunu)

22:00 ÇSKA (Bolqarıstan) - "Qarabağ" (Azərbaycan) (ilk oyun 0:0) 0:0, Pen. 5:4
Baş hakim: Bran van Den Dries (Belçika)
Yan xətt hakimləri: Mişel Sildreyers, İv de Neve
Dördüncü hakim: Bert Put (hamısı Belçika)
Sofiya. Vasili Levski Milli Stadionu 

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR