son dəqiqə SON DƏQİQƏ
Maksimov: "Mentaliteti bilirəm və futbolçuların bir qismini tanıyıram" ÇL: "Aznur" məğlubiyyətlə başladı Azərbaycan millisinin oyununu canlı verəcək telekanal müəyyənləşdi Premyer Liqa klublarının yay transferləri Cüdo üzrə Dünya Çempionatı: Yuri Maksimov "Araz-Naxçıvan"da "Gəncə" komandasının məşqçisi "B" kateqoriyası üzrə lisenziya aldı "Sumqayıt" Rüstəmi transfer etdi U-21 millimizin baş məşqçisi Rəşad Eyyübov jurnalistlərin önünə çıxacaq "Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək

Ayxan Abbasov: "Bəzi klublar fəlsəfələrini öz büdcələrinə uyğun seçməlidir"

Bölmə adı Futbol / Azərbaycan / Premyer Liqa
Yayımlandı 25-04-2025, 21:32

"Şamaxı" Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Sport1.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin və maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində getdi. İkinci yarıda futbolçularımdan sürətli hücumlar görmək istəyirdim. İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Komandamdan razı qaldım. Xallarımızın üstünə xal gəldi. Rəqibin üstün cəhətlərini bilirdik. Elə bundan da qol vurdular. Ondan sonrakı standart vəziyyətlərdə futbolçularım yaxşı çıxış etdilər. Hər xal bizim üçün vacibdir. Çalışırıq ki, daha yuxarı pillələrə qalxaq.

- Leroy Mikels zədədən sonra qayıtdı və onu bu gün fərqli mövqedə oynatdız. Performansını bəyəndiz?

- Sistemə baxsaz, mövqeyi hücum görünürdü. Amma oyunun içində bəzi detallar var idi. Məncə, tapşırıqları yerinə yetirdi. İkinci hissədə daha yaxşı idi. Tam hazır deyil. Amma Leroya inanırıq. Zədədən sonra pis performans göstərmədi.

- 1-ci Liqada və Əvəzedicilər liqasında U-21 millisi üçün futbolçular tapa bilirsiz?

- Əvəzedicilər liqasında daha çox 2006-2007-ci il təvəllüdlü futbolçulara baxıram. Onlar bizim gələcəyimizdir. I Liqa maraqlı oldu. "İmişli" - "Qəbələ" matçını izlədim. Yaxşı mənada təəccübləndim. Oyunçular var. Əvəzedicilər liqasından da bəyəndiyimiz futbolçu var. "Şamaxı"ya gətirmək istəyirik. İnanmaq lazımdır. Bu gün Rüfət Abbasovla Edqar Adilxanov göz qabağındadır. Çempionatda stabil oynayırlar. Rauf Rüstəmlinin bugünkü performansına baxın. Azərbaycanda ən yaxşı dayaq yarımmüdafiəçilərindən ola bilər.

- Demək olar ki, günah yerli futbolçularda yox, onları üzə çıxarmayan klublardadır?

- Razıyam. İnanmaq lazımdır. Burada futbolçuların da günahı var, klubların da. Tez bir zamanda nəticə qazanmaq istəyirik. Bəzi klublar fəlsəfələrini öz büdcələrinə uyğun seçməlidir. I Liqadan gələn komanda fikirləşir ki, 10 legioner gətirib oynadaq. Amma hansını əziyyəti olan yerli oyunçular var. Biz "Turan Tovuz"a gələndə I Liqadakı heyətdən 13 futbolçu saxladıq. Faiq Hacıyev bu gün göz qabağındadır. "Turan Tovuz"da əsas heyətin üzvüdür.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR