son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik"

Bölmə adı Zirə
Yayımlandı 29-07-2026, 15:41

"Zirə" UEFA Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "SOCAR Polymer Arena"da Estoniyanın "Payde" klubunu qəbul edəcək.

Sport1.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan öncə keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşdü:

"Sabah bizi cavab görüşü gözləyir. Mərhələnin ilk oyununda uduzmuşuq. Sabah ikinci oyuna çıxacağıq. Doğma azarkeşlərin qarşısında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk, mərhələni keçək. Başa düşürük ki, rəqibin müəyyən üstünlüyü var. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirib, qalib gələk və mərhələ adlayaq. "Sabah"ı təbrik edirəm, ilk dəfə əsas mərhələdə çıxış edəcəklər. "Neftçi" və "Qarabağ"a uğurlar arzulayıram. Hər üç komandamızı vacib oyunlar gözləyir. Çox istəyərdim ki, hər dörd komandamız əsas mərhələdə, ən azından pley-offda olsun. Bu, Azərbaycan futbolu üçün böyük təkan olardı. "Sabah" Allah qoysa, Çempionlar Liqasının Liqa mərhələsinə düşər, ən pis halda Avropa Liqasına".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırdı:

İssa Cibrilla ötən mövsümkü kimi performans göstərmir. Bunun səbəbi nədir?

- Bizdə məsələlər yaxşı təhlil olunmur. İssa keçən il altı dəfə zədələnib. Kubokun finalında da zədələndi. Bir ay hardasa bərpa dövrü keçdi. Onu yavaş-yavaş oynayırıq. "Payde" ilə səfər matçında ilk dəqiqələrdən oynatdıq, amma bilirdim ki, 100 faiz hazır deyil. Cavab oyununda ona ehtiyacımız olacaqdı. Ümid edirəm ki, sabah İssa yaxşı oyunlarından birini keçirəcək.

İki gənc futbolçu transfer etdiz. Yeni Salifu Sumanı kəşf etmək istəyirsiz?

- Futbolçuların potensialına inandıqca, gəncləri komandamıza dəvət edəcəyik. Abdulazizi dəvət etdik. Yavaş-yavaş bərpa olur. Gələcək oyunlarda oynaya bilər. Smit və Krisə gəldikdə, gəncdirlər və gələcəklərinə inanıram. Bəlkə də birində Salifunu, birindi Cibrillanı axtarırıq. Oxşar keyfiyyətləri var. İnanıram ki, gələcəkdə parlayacaqlar.

Transferlər başa çatdı?

- Yeni mövsüm üçün 4-5 legioner gələcək. Sadəcə tələsmirk. Avrokuboka görə çempionatı qurban vermək istəmirik. Danışıqlar gedən, baxdığımız oyunçular var. Qarşıdakı bir ay ərzində hər şey dəqiqləşəcək.

"Payde" "Torpedo"dan güclü komandadır?

- Bir çox suallara istədiyim kimi cavab verə bilməyəcəm. Rəqib də təhlil edir, hər açıqlamaya baxır. Oyun üslubu olaraq bir-birinə bənzəyən komandalardır. Bir az fərqli oyunlar alındı. Bəzi sualların cavabını sabah mətbuat konfransında sonra açıqlayarıq. Oyun istədiyimiz kimi keçirdi. Ümumi çıxışımızdan razı qaldım. Oyuna nəzarət edən tərəf biz idik. Sadəcə qarşımızda təcrübəli və nəticəyə oynaya bilən komanda var idi. Bunu oyun ərzində də hiss etdik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Nəticə üçün uğurlu oyun planı qurmuşdular. Hücumları qola çevirə bilmədik. Son 10 dəqiqə istəmədiyimiz şəkildə keçdi. Çoxsaydlı kornerlər, aut atışları oldu. Buraxdığımız qol bizi məyus etdi. 110 avrokubok oyunu oynamışam, burada elə-belə rəqib olmur. Hansısa oyun istədiyin kimi rahat gedər, amma hər an rəqib nəticəni dəyişə bilər. Bəzən yaxşı oynamaq kifayət etmir. Yaxşı nəticə qazanmaq istəyirik. Rəqib təcrübəlidir, heyətində təcrübəli oyunçular çoxdur, yaxşı məşqçiləri var. Sabah əlimizdən gələni edəcəyik ki, oyun planımız işləsin, bizim oyunumuz alınsın.

Turu keçsəz, növbəti rəqibin "Rapid", yoxsa "Santa-Kaloma" olmasını istəyirsiz?

- O barədə qətiyyən düşünmürük. Bizi indi düşündən sabahkı oyundur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR