"Şəfa" müdafiəçisi Pərviz Azadovla vidalaşdı.
Sport1.az xəbər verir ki, müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi.
25 yaşlı futbolçu karyerası ərzində "Şamaxı", "Zirə", "Şimal" kimi klubların da formasını geyinib.
Xatırladaq ki, 2025/26 mövsümündə I Liqada çempion olan "Şəfa" yeni sezon Premyer Liqada mübarizə aparacaq.