son dəqiqə SON DƏQİQƏ
Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gəliblər ● İdmançımız Batumidə 11-ci oldu ●

Tarixdə ilk, Azərbaycanda 4-cü

Bölmə adı Sabah / Çempionlar Liqası
Yayımlandı 28-07-2026, 23:11

“Sabah” tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib. 

Sport1.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən sonra rəsmiləşib.

Finlandiyanın “KuPS” klubunu mübarizədən kənarlaşdıran (1:0, 2:0) Azərbaycan çempionu III təsnifat mərhələsinə yüksəlib. Bununla da paytaxt təmsilçisi qitə kuboklarından birinin liqa mərhələsində yerini təmin edib. Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasında oynayacağı növbəti iki mərhələdən sonra dəqiqləşəcək.

Qitə miqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən “Sabah” buna avrokuboklardakı 4-cü mövsümündə nail olub. “Sabah” Azərbaycan futbolu tarixinə qitə kuboklarında əsas mərhələyə yüksələn 4-cü komanda kimi düşüb. Bunadək üç komanda - “Neftçi”, “Qarabağ” və “Qəbələ” ümumilikdə 15 dəfə belə uğura imza atıb.
“Neftçi” – 1 dəfə
UEFA Avropa Liqası – 2012/13
“Qarabağ” – 12 dəfə
UEFA Avropa Liqası – 2014/15
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
UEFA Çempionlar Liqası – 2017/18
UEFA Avropa Liqası – 2018/19
UEFA Avropa Liqası – 2019/20
UEFA Avropa Liqası – 2020/21
UEFA Konfrans Liqası – 2021/22
UEFA Avropa Liqası – 2022/23
UEFA Avropa Liqası – 2023/24
UEFA Avropa Liqası – 2024/25
UEFA Çempionlar Liqası – 2025/26
“Qəbələ” – 2 dəfə
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
“Sabah” – 1 dəfə
Avrokuboklar - 2026/27

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR