son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Bütün futbol ictimaiyyəti "Sabah"a inanır" - AÇIQLAMA

Bölmə adı Sabah / Manşet
Yayımlandı 28-07-2026, 16:36

"Sabah" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Təmsilçimiz Finlandiyada "KuPS"la üz-üzə gələcək.

Görəsən, bu qarşılaşmadan gözləntilər nələrdir?

Valdas Dambrauskasın komandası mərhələni adlaya biləcək?

"Bayquşlar" qitənin birinci dərəcəli nüfuzlu klub turnirinin əsas mərhələsində iştirak etmək hüququ qazanacaq?

Suallarımızı "Dinamo"nun İdarə Heyətinin rəhbəri Yaşar Seyidova ünvanladıq.

O, Sport1.az-a açıqlamasında görüşün çətin keçəcəyini dilə gətirdi:

"Futbolçular rəhbərliyi və azarkeşləri qələbə ilə sevindirəcək. Düzdür, oyun çətin keçəcək, amma sonda sevinən tərəf "Sabah" olacaq. Klub rəhbərliyi Dambrauskasın istədiyi futbolçuları heyətə cəlb etmək üçün mümkün olan bütün şəraiti yaradıb".

Mütəxəssis təmsilçimizin mərhələ adlayacağına inandığını söylədi:

"Məncə, rəhbərliyin etimadını doğrultmaq baş məşqçinin borcudur. Komandanın uğurlu çıxış etməməsi üçün heç bir maneə yoxdur. Yalnız qələbə... "Sabah" komandasının Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcəyinə tək mən yox, bütün futbol ictmaiyyəti inanır".

Xatırladaq ki, "Sabah" "KuPS" səddini aşsa, Konfrans Liqasının liqa mərhələsində iştirakını təmin edəcək.

HƏLİMƏ ƏLİYEVA

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR