son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Qarabağ" yeni müqavilə bağladı

Bölmə adı Qarabağ
Yayımlandı 28-07-2026, 14:47

Bu gün "Qarabağ" Futbol Klubu ilə "BonAqua" brendi arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirildi.

Sport1.az xəbər verir ki, tədbirdə "Qarabağ"ın baş direktoru Emrah Çelikel, klubun rəsmiləri, "Azerbaijan Coca-Cola Bottlers"in baş direktoru Rəna Məmmədova və şirkətin nümayəndələri iştirak etdi.

Tədbirdə çıxış edən Emrah Çelikel tərəfdaşlığın uğurlu olacağına inandığını bildirdi:

"Qarabağ" Futbol Klubu olaraq uzunmüddətli və etibarlı tərəfdaşlıqlara hər zaman böyük önəm veririk. "BonAqua" kimi keyfiyyət və sağlam həyat tərzi ilə assosiasiya olunan bir brendin klubumuzun rəsmi su tərəfdaşı olması bizi məmnun edir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq və gələcəkdə birgə həyata keçirəcəyimiz layihələrlə daha da möhkəmlənəcək".

"Azerbaijan Coca-Cola Bottlers"in baş direktoru Rəna Məmmədova da əməkdaşlığın əhəmiyyətini vurğuladı:

"BonAqua" olaraq idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Azərbaycanın ən uğurlu futbol klublarından biri olan "Qarabağ" FK ilə tərəfdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə verəcək, həm də azarkeşlər üçün dəyər yaradan layihələrin həyata keçirilməsinə imkan yaradacaq".

İmzalanan müqaviləyə əsasən, "BonAqua" qarşıdakı illər ərzində "Qarabağ"ın rəsmi su tərəfdaşı olacaq.

Əməkdaşlıq çərçivəsində "BonAqua" klubun əsas komandası və digər fəaliyyət istiqamətlərinin su təminatını həyata keçirəcək. Tərəflər gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar.

İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri təqdim olundu. "Azerbaijan Coca-Cola Bottlers” “Qarabağ” üçün hazırlanan xüsusi hədiyyəni, klub isə komandanın formasını təqdim etdi.

"BonAqua" "Azerbaijan Coca-Cola Bottlers"in Azərbaycanda istehsal etdiyi təbii içməli su brendidir.

Məhsul beynəlxalq keyfiyyət sertifikatlarına və şirkətin yüksək istehsal standartlarına uyğun hazırlanır.

İdmana verdiyi dəstəklə tanınan "BonAqua" indiyədək Azərbaycanda keçirilmiş "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, "Tour d’Azerbaijan", Bakı Marafonu, "Formula 1" Azərbaycan Qran-prisi və digər mötəbər idman tədbirlərində idmançıların, komandaların, rəsmi nümayəndələrin və azarkeşlərin su təminatında iştirak edib.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR