Abdullah Zubir "Qarabağ"ın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu oldu.
Sport1.az xəbər verir ki, o, Ağdam təmsilçisinin forması ilə çıxdığı 120 oyunda 19 qol vurub.
İkinci pillədə Juninyo (27 oyun, 14 qol), üçüncü sırada isə Leandro Andrade (56 oyun, 13 qol) qərarlaşıb.
"Qarabağ"ın heyətində avrokuboklarda ən çox qol vuran futbolçular:
1. Abdullah Zubir - 120 oyun, 19 qol
2. Juninyo - 27 oyun, 14 qol
3. Leandro Andrade - 56 oyun, 13 qol
4. Reynaldo - 35 oyun, 11 qol
5. Kadi Borqes - 42 oyun, 10 qol
6. Toral Bayramov - 75 oyun, 8 qol
7. Riçard Almeyda - 91 oyun 8 qol
8. Dani Kintana - 44 oyun, 8 qol
9. Yassin Benzia - 32 oyun, 7 qol
10. Markos Miçel - 50 oyun, 7 qol
11. Əfran İsmayılov - 41 oyun, 7 qol
12. Filip Ozobiç - 60 oyun, 7 qol