"Trabzonspor" Avropada tarix yazır

Bölmə adı Futbol / Türkiyə
Yayımlandı 25-04-2025, 19:01

"Trabzonspor"un U-19 komandası tarixi uğura imza atıb.

Sport1.az xəbər verir ki, Türkiyə təmsilçisi UEFA Gənclər Liqasında finala yüksəlib.

Qara Dəniz təmsilçisi yarımfinalda Avstriyanın "Zalzburq" klubu ilə üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan "Trabzonspor" nüfüzlu turnirin finalına adını yazdırıb.

"Trabzonspor" finalda "AZ Alkmar" - "Barselona" cütünün qalibi ilə qarşılaşacaq.

Müəllif: Sport1.az