Bu gün təmsilçimiz "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Sport1.az xəbər verir ki, Azərbaycan çempionu Finlandiyada "KuPS"un qonağı olub.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
İlk oyun "Sabah"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bayquşlar” "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi (cavab oyunu)
19:00 "KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan) 0:2
Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)
VAR: Daniel Bar Natan
AVAR: Eitan Şumelevitz