son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Dambrauskas: “Bacardığımız işi görməliyik”

Bölmə adı Sabah / Çempionlar Liqası
Yayımlandı 27-07-2026, 22:05

"Sabah" UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyanın "KuPS" klubunun qonağı olacaq.

Sport1.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Finlandiyada olduğumuza görə çox şadıq. Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyunu üçün buradayıq. Bildiyiniz kimi ilk qarşılaşmadan sonra hesab arasındakı fərq çox azdır və düşünürəm ki, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var. İlk oyundakı qələbə bizi cüzi favorit hesab etməyə imkan verə bilər. Lakin eyni zamanda anlayırıq ki, Çempionlar Liqasında və ümumiyyətlə, Avropa turnirlərində səfərdə keçirilən heç bir oyun asan olmur.

Bilirik ki, meydan sahibləri çox motivasiyalı olacaqlar və bütün güclərini ortaya qoyacaqlar. Biz də onların mübarizəsəviyyəsinə uyğun cavab verməli, öz oyunumuzu oynamalı və ən yaxşı bacardığımız işi görməliyik. Komandamızın necə oynaya biləcəyini yaxşı bilirik. Bu axşam həmin stadionda məşq edəcəyik. Bu məşq şəraitə uyğunlaşmaq, meydanı və bizi hansı şərtlərin gözlədiyini anlamaq üçün vacibdir. Sabah isə bacardığımız ən yaxşı oyunu göstərməliyik. İnanıram ki, öz oyunumuzun ən yaxşı sevsiyasını nümayiş etdirə bilsək, növbəti mərhələyə vəsiqə qazana bilərik".

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR