son dəqiqə SON DƏQİQƏ
Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gəliblər ● İdmançımız Batumidə 11-ci oldu ●

"Qarabağ" azarkeşlərinə şad xəbər!

Bölmə adı Qarabağ
Yayımlandı 27-07-2026, 18:38

"Qarabağ" azarkeşləri üçün növbəti xoş sürprizə hazırlaşır.

Sport1.az xəbər verir ki, klubun yeni rəsmi fan-şop mağazası paytaxtın ən məşhur ticarət mərkəzlərindən biri olan "28 Mall"da fəaliyyətə başlayacaq.

Müasir konsepsiyada yaradılan yeni mağazada "Qarabağ"ın rəsmi oyun formaları, məşq və gündəlik geyimləri, fan atributları, aksesuarlar, suvenirlər və digər lisenziyalı məhsullar satışa çıxarılacaq.

Yeni fan-şop azarkeşlərin klubun rəsmi məhsullarına daha rahat və əlçatan şəkildə sahib olmasına imkan yaradacaq.

Fan Shop-un açılışının avqust ayının ortalarında baş tutması gözlənilir.

Açılışın dəqiq tarixi, keçiriləcək xüsusi tədbirlər və azarkeşlər üçün nəzərdə tutulan kampaniyalar barədə məlumat yaxın günlərdə "Qarabağ"ın rəsmi informasiya resurslarında açıqlanacaq.

Yeni fan-şopun istifadəyə verilməsi klubun azarkeşlərə daha yaxın olmaq, onlara keyfiyyətli xidmət göstərmək və "Qarabağ" brendinin inkişafını davam etdirmək istiqamətində atdığı mühüm addımlardan biridir.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR