"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" ilə keçirəcəyi cavab matçının baş hakimi dəyişdirildi.
Sport1.az xəbər verir ki, bu qarşılaşmanı Xorvatiyadan olan Dario Bel yox, həmyerlisi Patrik Kolariç idarə edəcək.
İvan Yaniç və Dino Knez Bakıdakı matça yan xətt hakimi olaraq təyinat alıblar.
Dördüncü hakim funksiyasını Patrik Pavleşiç icra edəcək.
Baş hakim dəyişikliyinin səbəbi Dario Belin Xorvatiya çempionatının "Vukovar" - "Hayduk" matçında aldığı ciddi zədədir.
38 yaşlı hakim həmin matçda axill vətərini qırıb və mövsümün sonunadək sıradan çıxıb.
Oyun iyulun 30-da baş tutacaq.
Xatırladaq ki, "qartallar" ilk dueldə Estoniya klubuna 1:0 hesabı ilə uduzub.