son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib

Bölmə adı Futbol / Azərbaycan / Qarabağ
Yayımlandı 26-07-2026, 20:13

“Qarabağ” futbol klubunun təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib.

Sport1.az xəbər verir ki, həlledici görüşlərdən sonra mükafatçılar müəyyənləşib.

Final matçında "İdman TV" üzərində 4:0 hesablı qələbə qazanan "J United" yarışın çempionu olub, qızıl medal və kubok əldə edib. "İdman TV" turnirdə ikinci yeri tutub.

3-cü yer uğrunda oyunda "Xəzər" komandası "CBC Sport”u (8:2) üstələyərək, bürünc mükafata yiyələnib. 5-ci yer uğrunda qarşılaşmada isə "Futbol+" kollektivi "Media 1875" üzərində qələbə qazanıb -4:1.

Matçlardan sonra təşkil olunan mükafatlandırma mərasimindən öncə “Qarabağ” Futbol Klubunun Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel media nümayəndələrini salamlayıb, onları Milli Mətbuat günü münasibətilə təbrik edərək uğurlar arzulayıb. O, ardıcıl ikinci dəfə təşkil olunan turnirin artıq ənənəyə çevrildiyini bildirib.

Mükafatları Emrah Çelikel, İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Hacıyev eləcə də “Qarabağ” Futbol Klubu Akademiyasının meneceri Nail Kərimov təqdim ediblər. Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, turnirin ən sərrast oyunçusu adına layiq görülən "Xəzər" komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub. Ən yaxşı oyunçu mükafatı və ən yaxşı qapıçı mükafatları isə "J United" komandasının üzvləri Kamran Quliyev və Murad Şirinova təqdim edilib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR