son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

ÇL: "Neftçi" final matçına çıxır

Bölmə adı Neftçi
Yayımlandı 25-07-2026, 15:37

"Neftçi"nin qadınlardan ibarət futbol komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq.

Sport1.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcək.

Yarımfinalda Monteneqronun "Buduçnost" kollektivini üstələyən "Neftçi" ilə "Hapoel"ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək.

UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi (qadınlar)

19:30 PAOK (Yunanıstan) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Oksana Kruk (Moldova)
Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)
Dördüncü hakim: Marta San Xuan (Andorra)
"Veria Munisipal" stadionu.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR