son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

Sofiyada "Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlərin DİQQƏTİNƏ

Bölmə adı Qarabağ
Yayımlandı 25-07-2026, 13:04

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu üçün vauçerlər bu gün saat 17:00-dan etibarən satışda olacaq.

Sport1.az xəbər verir ki, görüşü "Natsionalen Stadion Vasil Levski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerləri iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq.

Biletlərin qiyməti 28 AZN-dir.

"Qarabağ" azarkeşləri üçün "Natsionalen Stadion Vasil Levski" stadionunda 800 yer ayrılıb.

Həmçinin, klub azarkeşlərdən vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etmələrini xahiş edib.

Vauçerlər əldə edildikdən sonra biletlər oyun gününədək alış zamanı qeyd olunan elektron-poçt ünvanın göndəriləcək.

Açıqlamada vurğulanıb ki, bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.

ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu iyulun 30-da Bakı vaxtı ilə 22:00-da, yerli vaxtla 21:00-da başlayacaq.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR