"Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sport1.az xəbər verir ki, "qırmızı-qaralar" Premyer Liqanın debütantı "Şəfa"nı sınağa çəkəcək.
Bu duel 18:30-da start götürəcək.
Kaxaber Tsxadadzenin komandası buna qədər 2 yoxlama matçında qüvvəsini sınayıb.
Həmin matçlarda komanda "Kəpəz"ə qalib gəlib (2:1), "Sumqayıt"ı məğlub edib.