son dəqiqə SON DƏQİQƏ
"Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib "Turan Tovuz" - "Fənərbağça": Biletləri nə vaxt satışa çıxarılır? "Sampdoriya"da forma geyinən yığmamızın üzvü heyətə çağırıldı Hacı Əliyev ABŞ-də yenə uduzdu Günün oyunları: Daha 2 boksçumuz Avropa Çempionatında mərhələ adlayıb "Kəpəz"in milli fasilədəki yoxlama matçlarının "Dəqiq penalti deyildi" "Rəqib asanlıqla qalib gəlməyimizə imkan verməyəcəkdi" "Xankəndi" MOİK-ə belə uduzdu

Avarçəkmə idmanı ilə tanışlıq və təcrübə sessiyası təşkil olundu

Bölmə adı Avarçəkmə
Yayımlandı 25-07-2026, 10:44

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyi münasibətilə avarçəkmə idmanı ilə tanışlıq və təcrübə sessiyası təşkil olunub.

Sport1.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, nazirlik yanında İctimai Şura, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini avarçəkmə idman növü ilə yaxından tanış etmək, sağlam həyat tərzini təşviq etmək və gənclər arasında idmana marağı artırmaq olub.

Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının peşəkar təlimçiləri iştirakçılara təhlükəsizlik qaydaları, avarçəkmə texnikası və qayıqlardan düzgün istifadə ilə bağlı məlumat verdilər.

Nəzəri hissədən sonra iştirakçılar su üzərində praktiki məşğələyə qoşularaq avarçəkmə təcrübəsi əldə etdilər.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR