son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Qarabağ"a zaman lazımdır" - AÇIQLAMA

Bölmə adı Qarabağ / Manşet
Yayımlandı 24-07-2026, 18:21

"Qarabağ" UEFA Avropa Liqasında növbəti matçına çıxdı.

"Köhlən-atlar" II təsnifat mərhələsinin ilk matçında ÇSKA (Sofiya) ilə heç-heçə etdi - 0:0.

Görəsən, Qurban Qurbanovun komandasının bu qarşılaşmada qələbə qazana bilməməsinə səbəb nə oldu?

Ağdam təmsilçisinin mərhələni keçmək şansı necə dəyərləndirilir?

Suallarımızı Azərbaycan millisinin sabiq üzvü Füzuli Məmmədova ünvanladıq.

O, Sport1.az-a açıqlamasında "Qarabağ"ın Bolqarıstan klubundan üstün oyun sərgilədiyini bildirdi:

"Ola bilsin onlar qol vura bilmədilər, amma ümumən oyun pis alınmadı. Bu da normaldır. Çünki heyətdə yetərincə oyunçu dəyişikliyi olub. Qurban müəllimin istədiklərini və oyun fəlsəfəsini tam mənimsəmək üçün təbii ki, zaman lazımdır. Yeni gələn oyunçuların uyğunlaşması vaxt tələb edir. Ümumilikdə, oyuna baxdıqda "Qarabağ" rəqibindən kifayət qədər üstün futbol oynadı. Sadəcə, bu oyunda qol vurulmadı".

Mütəxəssis təmsilçimizin mərhələni keçəcəyindən əmin olduğunu dilə gətirdi:

"Qarabağ" elə bir komandadır ki, onlar üçün evdə və ya səfərdə oynamağın heç bir fərqi yoxdur. Hətta deyərdim ki, təmsilçimiz səfərdə daha yaxşı təsir bağışlayır. Düşünürəm ki, komanda rəqibi daha yaxşı təhlil edib və cavab oyununda daha yaxşı performans göstərəcək. Çünki "Qarabağ" oyundan-oyuna gücünü artıran komandadır. Ona görə də bu mərhələni keçən tərəf, şübhəsiz ki, "Qarabağ" olacaq. Buna əminliklə söz verə bilərəm.

Xatırladaq ki, ÇSKA (Sofiya) - "Qarabağ" oyunu iyulun 30-də baş tutacaq və saat 23:00-da start götürəcək.

HƏLİMƏ ƏLİYEVA

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR