son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ● İsveçli pilot Bakıda qalib oldu ● Azərbaycanlı məşqçilər üçün xaricdən mütəxəssis çağırdılar ● "Sabah" azarkeşlərinə ● Çempionlar Liqası: Təmsilçilərimiz 1/8 finalda mübarizəyə başlayırlar ● Günün oyunları: ● Millətlər Liqası: Türkiyə yığması Fransanı qəbul edir ●

"Son qərarı məşqçi verir və biz buna hörmətlə yanaşmalıyıq" - Montiel

Bölmə adı Qarabağ
Yayımlandı 24-07-2026, 11:21

Sport1.az "Qarabağ"ın ispaniyalı futbolçusu Xoni Montielin UEFA Avropa Liqasının ÇSKA (Bolqarıstan) ilə matçından sonra jurnalistlərə müsahibəsini təqdim edir:

Oyunla bağlı fikirləriniz necədir?

- Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Düşünürəm ki, xüsusilə ikinci hissədə daha yaxşı çıxış etdik. İndi hər şey cavab görüşündə həll olunacaq.

Cavab oyunundan gözləntiləriniz nədən ibarətdir?

- Bu mərhələdə mübarizə aparan bütün komandalar güclüdür. Onlar ötən mövsüm öz çempionatlarında uğurlu çıxış etdikləri üçün Avropa Liqasına vəsiqə qazanıblar. ÇSKA da güclü rəqibdir. Dediyim kimi, hər şey cavab oyununda müəyyənləşəcək. Burada bizdən də çox şey asılıdır.

İkinci hissədə meydana çıxanda azarkeşlər sizi alqışlarla qarşıladılar. Belə qarşılanmanı gözləyirdiniz?

- Xeyr, açığı bunu gözləmirdim. Bu münasibət mənim üçün də xoş sürpriz oldu. Ümumiyyətlə, burada olduğum müddətdə həm mənə, həm də həyat yoldaşıma və ailəmə hər zaman isti münasibət göstəriblər. Buna görə də həmişə demişəm ki, burada çox xoşbəxtəm. “Qarabağ”da olduğum müddətdə də komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.

Bundan əvvəlki avrokubok oyununun iştirak ərizəsinə adınız salınmamışdı. Hətta əvəzedici komandaya göndərildiyiniz barədə xəbərlər yayılmışdı...

- Oynamadığım müddətdə haqqımda çoxlu həqiqətə uyğun olmayan xəbərlər yayıldı. Xüsusilə də guya nizam-intizam problemlərim olduğu barədə iddialar dolaşdı. Belə xəbərlər həm mənə, həm də ailəmə çox pis təsir edir. Mən indiyədək çıxış etdiyim heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam. Sadəcə, bu, baş məşqçinin qərarı idi. Heyətdə çoxlu futbolçu var və hamı özünü göstərməyə çalışır. Son qərarı məşqçi verir və biz də buna hörmətlə yanaşmalıyıq.

“Qarabağ”da qalacaqsınız?

- Bəli, buradayam.

Hazırda fizikin formanız necədir?

- Hazırda fiziki durumumu yaxşılaşdırmağa çalışıram. Bildiyiniz kimi, ötən mövsümün sonunda zədə aldım və əməliyyat olundum. Buna görə də mövsümün əvvəlindən komandayla tam hazırlaşa bilmədim. Futbolçunun yaxşı formada olması üçün müntəzəm oyun praktikası çox vacibdir. Hazırda həmin prosesi keçirəm və zaman keçdikcə daha yaxşı vəziyyətdə olacağam.

Komandaya çoxlu yeni futbolçu cəlb olunub. Heyətdə yerinizi itirməkdən narahat deyilsiniz?

- Əksinə, yeni futbolçuların gəlməsi komandanın xeyrinədir. Rəqabət nə qədər güclü olsa, bu, bir o qədər müsbət haldır. Bizim işimiz məşqlərdə maksimum gücümüzlə çalışmaq və baş məşqçinin seçim etməsini çətinləşdirməkdir. Kimin oynayacağına isə məşqçi qərar verir. Bu da Qurban Qurbanovun işidir.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR